Səfir: "Macarıstan Azərbaycanla əməkdaşlığın maliyyələşdirmə məbləğini artırmağa hazırdır"

Səfir: "Macarıstan Azərbaycanla əməkdaşlığın maliyyələşdirmə məbləğini artırmağa hazırdır" İmre Laslotski: "Hər şey maliyyələşdirmə üçün yaxşı layihə tapıb-tapmayacağımızdan asılıdır"
Biznes
6 İyul , 2016 14:13
Səfir: Macarıstan Azərbaycanla əməkdaşlığın maliyyələşdirmə məbləğini artırmağa hazırdır

Bakı. 6 iyul. REPORT.AZ/ "Macarıstan lazım gələrsə Azərbaycanla əməkdaşlığın maliyyələşdirmə məbləğini "Eximbank" vasitəsilə artırmağa hazırdır".

"Report" xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Macarıstan biznes forumu çərçivəsində bu ilin mart ayında Azərbaycanla 200 mln dollar kredit xəttinin ayrılması haqqında çərçivə müqaviləsi imzalanıb: "Əgər lazım gələrsə bu məbləğ artırıla bilər".

Səfir "Eximbank"ın Macarıstan Xarici İşlər Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərdiyini vurğulayıb: "Bu məsələ ilə bağlı həlledici sözü xarici işlər və xarici ticarət naziri Peter Siyarto deyəcək. Hər şey maliyyələşdirmə üçün yaxşı layihə tapıb-tapmayacağımızdan asılıdır. Bu planda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin də daha çox şansı var". 

İ.Laslotski xatırladıb ki, "Eximbank" həmçinin Azərbaycanın "PASHA Bank"ı üçün kiçik və orta sahibkarlığın kreditləşdirilməsi məqsədilə 5 mln. dollar məbləğində kredit xətti açmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi