​Səfir: "Azərbaycan İndoneziya ilə birbaşa əmtəə mübadiləsində maraqlıdır"

​Səfir: "Azərbaycan İndoneziya ilə birbaşa əmtəə mübadiləsində maraqlıdır" Hazırda ikitərəfli ticarət əlaqələri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə kimi üçüncü ölkələr vasitəsilə həyata keçirilir
Biznes
19 May , 2015 12:14
​Səfir: Azərbaycan İndoneziya ilə birbaşa əmtəə mübadiləsində maraqlıdır

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan gələcəkdə iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədilə İndoneziya ilə ticarət dövriyyəsini artırmaq və öz investisiya imkanlarını genişləndirmək istəyir. 

"Report" "Jakarta Post" nəşrinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bildirib. 

Onun sözlərinə görə, Azərbaycan daha etibarlı ticarətin təmin olunması üçün İndoneziya ilə bilavasitə itə ticarət dövriyyəsinin həyata keçirilməsinə çalışır. 

Nəşr qeyd edir ki, hazırda  ikitərəfli ticarət Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə kimi üçüncü ölkələr vasitəsilə həyata keçirilir.

"Azərbaycanda bu ölkədə istehsal olunan mebel mallarının qiyməti və keyfiyyətinə dəyər verilir, buna görə də biz indoneziyalı tərəfdaşlarımızla bilavasitə əlaqələrin qurulması yolu ilə bizim investorlar və iş adamları üçün ticarət əməliyyatların həyata keçirilməsini asanlaşdırmaq istəyirik", - diplomat vurğulayıb.

Səfir əlavə edib ki, Azərbaycan İndoneziyadan idxalın artırılması ilə yanaşı meyvə, pambıq kimi kənd təssərrüfatı malları və kimyəvi maddələrdən ibarət olan əmtəə məhsullarının ixracının artırılması yollarını da araşdırır. 

Həmçinin qeyd olunub ki, İndoneziya və Azərbaycan arasında ticarət səviyyəsi son 5 il ərzində artmağa doğru gedir. Belə ki, ticarət dövriyyəsi ildə təxminən 21,84% artaraq, 2014-cü ildə 2,43 mlrd. ABŞ dolları təşkil edib. 2014-cü ildə İndoneziya mallarının Azərbaycana ixracı 5,57 mln. dollar təşkil edib. 

Xam neft İndoneziyanın Azərbaycandan aldığı əsas məhsuldur. Eyni zamanda, indoneziyalı iş adamları respublikaya taxta məhsulları, soyuducular, masalar, mətbəx ləvazimatı, kağız və sabunixrac edir. 

T.Qarayev əlavə edib ki, azərbaycanlı investorlar həmçinin neft emalı, infrastruktur, kənd təssərrüfatı kimi sahələrə sərmayə yatırmaq imkanlarını qiymətləndirir.

"Bizim müəssisələrimiz ilk növbədə layihələri görməlidir. Əgər onlar iqtisadi cəhətdən maraqlıdırsa, o zaman investorlar bura gəlməyə hazırdır", - diplomat vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi