Lənkəranda sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi səviyyəsi müzakirə olunub

Lənkəranda sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi səviyyəsi müzakirə olunub Şəbə müdiri: "Sahibkarlığın inkişafı istiqamətində kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir"
Biznes
14 May , 2015 20:01
Lənkəranda sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi səviyyəsi müzakirə olunub

Bakı. 14 may. REPORT.AZ/ Lənkəranda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib.

"Report"un İqtisadiyyat və sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov bildirib ki, ölkədə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov rayonda özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən bəhs edib. O qeyd edib ki, sahibkarlığın inkişafına göstərilən diqqət, sahibkarların maarifləndirilməsi tədbirləri hər bir bölgədə olduğu kimi, Lənkəranda da fəaliyyət göstərən iş adamlarının hüquqlarının səmərəli müdafiəsinə zəmin yaradır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Hüquq şöbəsinin müdir müavini İlqar Poladov bildirib ki, dövlət orqanları tərəfindən aparılan bütün yoxlama tədbirləri yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Quliyev yoxlamaların elektron uçotu, yoxlayıcı orqanların vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nin məqsəd və prinsipləri, əhəmiyyəti, yenilikləri barədə məlumat vermiş, yoxlamaların əvvəlcədən vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə aparıldığını diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi