​Saratov vilayəti Azərbaycandan sitrus meyvələri idxalını artıracaq

​Saratov vilayəti Azərbaycandan sitrus meyvələri idxalını artıracaq Vilayət hökumətində kənd təsərrüfatı məsələləri üzrə müşavirə keçirilib
Biznes
8 Dekabr , 2015 22:23
​Saratov vilayəti Azərbaycandan sitrus meyvələri idxalını artıracaq

Bakı. 08 dekabr. REPORT.AZ/ Rusiyanın Saratov vilayəti Azərbaycandan sitrus meyvələri idxalını artıracaq.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı məsələləri üzrə müşavirə zamanı vilayət hökumətinin sədr müavini Aleksandr Solovyov məlumat verib.

Müşavirədə 2015-ci ilin istehsal göstəricilərindən danışan sədr müavini, idxal məsələlərinin də nəzərdən keçirildiyini bildirib. Onun sözlərinə görə, Çin, Mərakeş, Azərbaycan, İsrail və Serbiyadan meyvə məhsulları, əsasən də sitrus meyvələri idxalı həcmlərinin artırılması gözlənilir.

Son xəbərlər

Orphus sistemi