​Şahin Mustafayev Tacikistanın iqtisadi inkişaf və ticarət naziri ilə görüşüb

​Şahin Mustafayev Tacikistanın iqtisadi inkişaf və ticarət naziri ilə görüşüb Nematullo Xikmatullozoda Azərbaycan nümayəndə heyətini iyun ayında Tacikistanda keçiriləcək Su məsələlərinə dair Konfransa dəvət edib
Biznes
5 May , 2015 18:33
​Şahin Mustafayev Tacikistanın iqtisadi inkişaf və ticarət naziri ilə görüşüb

Bakı. 5 may. REPORT.AZ/ Bu gün iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozoda ilə görüşüb .

Ş.Mustafayev Tacikistanlı həmkarını nazir təyin olunması münasibətilə təbrik edib, Azərbaycan və Tacikistan arasında siyasi və iqtisadi əlaqələrin uğurla davam etdirildiyini bildirib. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti vurğulanıb. Azərbaycan iqtisadiyyatı, qazanılan uğurlar barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Ş.Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ölkəsinin ədalətli mövqeyini bir daha vurğulayıb.

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Nematullo Xikmatullozoda Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, böyük energetika və tranzit imkanlarına malik olduğunu vurğulayıb. Qeyd olunub ki, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısına Azərbaycan ev sahibliyi edir. İki ölkə arasında arasında sənaye, ticarət, hava nəqliyyatı, humanitar, təhsil, kadr hazırlığı sahəsində əməkdaşlıq imkanlarını qeyd edən Nematullo Xikmatullozoda Azərbaycan nümayəndə heyətini iyun ayında Tacikistanda keçiriləcək Su məsələlərinə dair Konfransa dəvət edib.

Son xəbərlər

Orphus sistemi