​Rusiyanın 75-dən çox regionu Azərbaycanla daimi ticari-iqtisadi əlaqəyə malikdir

​Rusiyanın 75-dən çox regionu Azərbaycanla daimi ticari-iqtisadi əlaqəyə malikdir Nazir müavini: Rusiya-Azərbaycan əlaqələri müsbət dinamikaya malikdir
Biznes
1 Oktyabr , 2015 00:12
​Rusiyanın 75-dən çox regionu Azərbaycanla daimi ticari-iqtisadi əlaqəyə malikdir

Bakı. 1 oktyabr. REPORT.AZ/ Rusiyanın təqribən 75 regionunun Azərbaycan ilə ticari-iqtisadi əlaqəsi var.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya iqtisadiyyat nazirinin müavini Aleksandr Sıbulski məlumat verib.

"Bu gün Rusiyanın 75 subyekti daimi əsasda Azərbaycan ilə ticari-iqtisadi əlaqə saxlayır. Azərbaycanın daha iri iqtisadi tərəfdaşı qismində Dağıstan, Tatarıstan, Stavropol diyarı, Həştərxan, Sverdlovsk, Çelyabinsk vilayətini qeyd etmək olar", - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, Rusiya-Azərbaycan əlaqələri müsbət dinamikaya malikdir, bütün istiqamətlər üzrə inkişaf edir və strateji tərəfdaşlığın möhkəmləndirilməsinin bariz nümunəsidir.

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, hazırda Azərbaycan Rusiyanın regionları ilə ticari-iqtisadi, elmi-texniki və humanitar sahələrdə əməkdaşlıq sazişi imzalayıb.

"Həmçinin Rusiyanın 13 subyektində hökumətlərarası komissiya yaradılıb. Azərbaycan, ümumilikdə Rusiyanın 78 regionu ilə ticari-iqtisadi əlaqələrə malikdir", - deyə Səfərov qeyd edib.

"Azərbaycan və Rusiyanın dostluğu artıq çoxdan strateji tərəfdaşlıq xarakteri alıb", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi