Rusiya və Azərbaycan birgə xarici ticarət layihələrinin təşviqinə dair razılığa gəlib

Rusiya və Azərbaycan birgə xarici ticarət layihələrinin təşviqinə dair razılığa gəlib Rusiya iş adamlarının Azərbaycan bazarına marağı artıb
Biznes
13 Oktyabr , 2016 17:04
Rusiya və Azərbaycan birgə xarici ticarət layihələrinin təşviqinə dair razılığa gəlib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Rusiya İxrac Mərkəzində (Moskva) Rusiya-Azərbaycan işçi qrupunun həmsədrləri Pyotr Fradkovla İskəndər Xəlilov arasında görüş keçirilib.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə Rusiyanın Azərbaycana ixracının kifayət qədər diversifikasiya olunduğu qeyd edilib.

Hazırda Rusiya işçi qrupunun tərkibinə yeyinti sənayesi, tikinti və tikinti materiallları sahəsi, maşınqayırma, kənd təsərrüfatı maşınqayırması, əczaçılıq, informasiya texnologiyaları, maliyyə-bank sektorunda fəaliyyət göstərən 35 Rusiya şirkəti daxildir. Bildirilib ki, Rusiya iş adamlarının inkişaf edən Azərbaycan bazarına marağı müşahidə olunur.

Görüşdə tərəflər gələcək birgə iş planlarını müzakirə ediblər. Həmçinin, Rusiya İxrac Mərkəzinin nümayəndələrinin 2016-cı il noyabrın 1-də keçiriləcək VII Rusiya-Azərbaycan beynəlxalq regional forumunda və Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının birgə iclasında iştirakı planlaşdırılır.

Görüşün nəticəsində 2016-cı ilin sonunadək Rusiya-Azərbaycan konkret pilot xarici iqtisadi layihələrinin yaradılmasına və birgə təşviqinə dair razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi