​Rusiya Ukrayna yumurtasının Azərbaycana gətirilməsinin qarşısını alıb

​Rusiya Ukrayna yumurtasının Azərbaycana gətirilməsinin qarşısını alıb Yüklər Ukrayna ərazisinə geri qaytarılıb
Biznes
26 Yanvar , 2015 23:04
​Rusiya Ukrayna yumurtasının Azərbaycana gətirilməsinin qarşısını alıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Bryansk və Smolensk vilayətləri üzrə idarəsinin əməkdaşları baytarlıq sənədlərinin qaydasında olmaması səbəbindən 300 mindən artıq toyuq yumurtası və 30 ton süd məhsulunun Ukraynadan federasiya ərazisinə daxil olmasına icazə verməyiblər.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.

Ukraynadan gələn yük bu günlərdə "Troebortnoe" avtomobil buraxılış məntəqəsində saxlanılıb.

Üç yük partiyası Ukraynadan Azərbaycan və Özbəkistan istiqamətində hərəkət edib.

Mətbuat xidmətinin məlumatına görə, yoxlama zamanı baytarlıq şəhadətnaməsində çoxlu sayda tələb pozuntusu qeydə alınıb.

Müfəttişlər yükləri Ukrayna ərazisinə geri yola salıblar.

Son xəbərlər

Orphus sistemi