​Rusiya şirkətləri Azərbaycana 2,8 mlrd. dollar yatırıb

​Rusiya şirkətləri Azərbaycana 2,8 mlrd. dollar yatırıb Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün İşçi Şurası yaradılıb
Biznes
8 Avqust , 2016 13:44
​Rusiya şirkətləri Azərbaycana 2,8 mlrd. dollar yatırıb

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yaradılan İşçi Şurası müxtəlif sahələri əhatə edən layihələr təqdim edəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə İşçi Şurasının əsas məqsədi Azərbaycana investisiyaların təşviq edilməsidir: "Rusiya şirkətləri Azərbaycana 2,8 mlrd. dollar investisiya qoyub. Bu gün Azərbaycanda fəaliyyət göstərən 40 Rusiya şirkəti tədbirdə iştirak edir. Biz eməkdaşlığı inkişaf etdirməklə bu şirkətlərin sayını artırıb qeyri-neft sektorunun inkişaf etdirilməsini qarşıya məqsəd qoymuşuq". 

"Eyni zamanda iki ölkə arssında birgə investisiyaların təşviq edilməsi nəzərdə tutulub. İşçi Şurasının əsas işlərindən biri də Azərbaycan məhsullarının xaricə ixrac edilməsi ilə bağlıdır", - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi