​Romada İtaliya-Azərbaycan biznes-forumu keçiriləcək

​Romada İtaliya-Azərbaycan biznes-forumu keçiriləcək Forum iyunun 13-də baş tutacaq
Biznes
5 May , 2016 17:04
​Romada İtaliya-Azərbaycan biznes-forumu keçiriləcək

Bakı. 5 may. REPORT.AZ/ Roma şəhərində İtaliya-Azərbaycan biznes-forumunun keçirilməsi nəzərdə tutulur. “Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi xəbərə görə, forum iyunun 13-də baş tutacaq.

Biznes-forumun Azərbaycan-İtaliya İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclası çərçivəsində keçirilməsi planlaşdırılır. Azərbaycanın işgüzar dairələri tədbirdə iştiraka dəvətlidir.

Forumda iştirak etmək istəyənlər qısa müddət ərzində Energetika Nazirliyinə (əlaqələndirici şəxs - nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Azər Rzayevdir) müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi