"Rahat" marketlər şəbəkəsinin 25-ci filialının açılışı olub

"Rahat" marketlər şəbəkəsinin 25-ci filialının açılışı olub Filial Xırdalan şəhər sakinlərinin istifadəsinə verilib
Biznes
22 Sentyabr , 2015 19:46
Rahat marketlər şəbəkəsinin 25-ci filialının açılışı olub

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Rahat” marketlər şəbəkəsinin 25-ci filialının açılışı olub. “Report” xəbər verir ki, Abşeron rayonu Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində “Mega City” Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən marketin ümumi sahəsi 4500 kvadratmetrdir.

Ümumilikdə, 40 mindən çox məhsul çeşidilə istifadəyə verilən filialda qida məhsulları ilə yanaşı, ətriyyat, optika, geyimlərin satışı da həyata keçirilir. Bununla yanaşı, marketdə xüsusi olaraq “Rahat mebel” satışı da təşkil olunur.

Açılış mərasimində Abşeron və Xırdalan rayon icra hakimiyyətlərinin nümayəndələri, həmçinin "ANG Group"un rəhbərliyi iştirak ediblər. Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar mağaza ilə tanış olublar.

Qeyd edək ki, “Rahat market”lər şəbəkəsinin yeni filiallarının açılması qarşıda duran silsilə planlara daxildir. Tezliklə Bərdə şəhərində 26-cı, həmçinin metronun “Neftçilər” stansiyasının yaxınlığında və Yasamal rayonu, Həsən Əliyev (İnqilab) küçəsində də filialların açılması gözlənilir.

Son xəbərlər

Orphus sistemi