Azərbaycanda bu il sahibkarlara 77 mln. manat güzəştli kredit ayrılıb

Azərbaycanda bu il sahibkarlara 77 mln. manat güzəştli kredit ayrılıb ​Qusarda sahibkarlara güzəştli kredit verilib
Biznes
28 İyul , 2016 18:08
Azərbaycanda bu il sahibkarlara 77 mln. manat güzəştli kredit ayrılıb

Bakı. 28 iyul. REPORT.AZ/ Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 45 sahibkara 622 min manat güzəştli kredit verilib.

"Report"un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, kreditlər əsasən heyvandarlıq, quşçuluq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Güzəştli kreditlərin verildiyi forum çərçivəsində Qusarda güzəştli kreditlərdən istifadə etməklə inşa olunmuş gündəlik 16 ton çörək istehsal etmək gücündə olan zavoda və intensiv bağçılıq təsərrüfatına baxış keçirilib. Qeyd edək ki, ümumilikdə SKMF tərəfindən gündəlik istehsal gücü 825 ton olan 28 çörək istehsalı müəssisəsinin təşkilinə 52,1 mln. manat, 1 956 ha ərazidə 23 intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılmasına 37,5 mln. manat güzəştli kredit verilib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 1 423 sahibkara 77,2 mln. manata yaxın güzəştli kredit ayrılıb. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 173,1 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, iri fermer, cins heyvandarlıq, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

Son xəbərlər

Orphus sistemi