​Bu il qlobal onlayn ticarətin artım tempi 16%-i ötəcək - PROQNOZ

​Bu il qlobal onlayn ticarətin artım tempi 16%-i ötəcək - PROQNOZ Ötən il pərakəndə onlayn satışların həcmi 68 mlrd. dollara çatıb
Biznes
28 Yanvar , 2015 18:11
​Bu il qlobal onlayn ticarətin artım tempi 16%-i ötəcək - PROQNOZ

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu il qlobal pərakəndə onlayn satış həcmi 16,5% artaraq 78,9 mlrd. dollara çatacağı gözlənilir. 

“Report” "Payspacemagazine"ə istinadən xəbər verir ki, ekspertlər bunu dünyanın pərakəndə satış şirkətlərinin məhsulların satılması üçün internet kanallarının inkişafına vəsaitlər yatırmaqda davam etmələri ilə izah edirlər.

Proqnozlara görə, 2015-ci ildə Avropada onlayn ticarətin həcmi 18,4%, ABŞ-da 13,8%, Kanadada 13,2 % artacaq.

Böyük Britaniya internetdə illik alışların orta göstəricisi üzrə digər ölkələr arasında liderdir. Belə ki, cari ildə bir britaniyalı onlayn məkanda 1,773 dollar xərcləyəcək ki, bu da ötən ildən 9,6% çoxdur.

Avropa ölkələri arasında adambaşına düşən bütün onlayn alışların orta dəyəri 11% artmaqla 1,238 dollar təşkil edəcək. Amerikalılar ötən illə müqayisədə 7,4% daha çox xərcləyəcək. Orta hesabla hər ABŞ vətəndaşı ilin yekunları üzrə internetdə 1,691 dollar sərf edəcək.

Pərakəndə Satış Mərkəzinin məlumatına görə, 2014-cü ildə pərakəndə onlayn satışların həcmi 68 mlrd. dollara çatıb.

Son xəbərlər

Orphus sistemi