Qəbələdə istehlakçı hüquqları ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Qəbələdə istehlakçı hüquqları ilə bağlı maarifləndirmə tədbiri keçirilib Maarifləndirmə tədbiri istehlak bazarının keyfiyyətsiz mal və xidmətləri ilə mübarizə tədbirlərinə həsr olunub
Biznes
15 Aprel , 2016 19:23
Qəbələdə istehlakçı hüquqları ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Bakı. 15 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu gün növbəti maarifləndirmə tədbirini aidiyyəti dövlət qurumlarının regional bölmələrinin, ictimai təşkilatların nümayəndələrinin və 150-ə yaxın istehlakçının iştirakı ilə Qəbələdə keçirib. 

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən konfransda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin əhəmiyyətindən danışıb, tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik, istehlakçıların hüquqları barədə məlumat verib, Dövlət Xidməti tərəfindən bu sahədə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Bildirilib ki, ötən il Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Bakıda və regionlarda konfranslar, dəyirmi masa və seminarlar keçirilib, istehlakçıların maarifləndirilməsi və sahibkarların məlumatlandırılması məqsədilə 24 adda buklet və yaddaş kitabçası hazırlanaraq paylanıb. Bu işlər hazırda da davam etdirilir.

Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal və xidmət alarkən diqqət yetirməli olduğu məsələlər, xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Son xəbərlər

Orphus sistemi