​Qazaxıstan Azərbaycana birgə müəssisənin yaradılmasını təklif edib

​Qazaxıstan Azərbaycana birgə müəssisənin yaradılmasını təklif edib Bu, avtomobil və ehtiyat hissələrinin Azərbaycanda satışı üçün nəzərdə tutulub
Biznes
12 Aprel , 2016 11:45
​Qazaxıstan Azərbaycana birgə müəssisənin yaradılmasını təklif edib

Bakı. 12 aprel. REPORT.AZ/ Qazaxıstanın “BİPEK Avto - Asiya Avto” şirkəti istehsal etdiyi avtomobil və ehtiyat hissələrinin Azərbaycanda satışı üçün birgə müəssisənin yaradılmasını təklif edib.

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir ki, şirkətlə əməkdaşlıq etməkdə maraqlı olan yerli sahibkarlar Azpromo-ya müraciət edə bilərlər.

Qeyd edək ki, Şərqi Qazaxıstan vilayətində “Asiya Avto Qazaxıstan” şirkətinin bazasında texnoparkın tikintisi həyata keçirilir. Texnoparkda istehsal zəncirinin bütün mərhələlərini əhatə edən illik 120 min avtomobil istehsalı gücünə malik olan zavod və avtomobillərin ehtiyat hissələrinin istehsalı üzrə müəssisə fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi