Qaxda sahibkarlar üçün treninq keçirilib

Qaxda sahibkarlar üçün treninq keçirilib Treninqi Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyi təşkil edib
Biznes
11 Mart , 2016 20:41
Qaxda sahibkarlar üçün treninq keçirilib

Bakı. 11 mart. REPORT.AZ/ Martın 11-də Qaxda İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzularını əhatə edən treninqdə biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi, ekoloji təmiz kənd təsərrüfatı, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə məlumat verilib.

Eyni zamanda tədbirdə iştirakçılara nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi