Prezidentin köməkçisi: "Bu il xarici ticarət fəaliyyətində bütün çatışmazlıqlar aradan qaldırılacaq"

Prezidentin köməkçisi: "Bu il xarici ticarət fəaliyyətində bütün çatışmazlıqlar aradan qaldırılacaq" Natiq Əmirov: "İlin sonuna Azərbaycan xarici ticarət sahəsində əhəmiyyətli islahatlar edən ölkəyə çevriləcək"
Biznes
11 Mart , 2016 15:56
Prezidentin köməkçisi: Bu il xarici ticarət fəaliyyətində bütün çatışmazlıqlar aradan qaldırılacaq

Bakı. 11 mart. REPORT.AZ/ "2016-cı ili dünyanın ən mütərəqqi, sivil dövlət-sahibkar münasibətlərində sahibkarlara dəstək verəcək bir gömrük sistemi ilə yekunlaşdırmaq istəyirik". "Report" xəbər verir ki, bunu "Azərbaycanda aparılan iqtisadi islahatlara Amerika Ticarət Palatasının dəstəyi" tədbirində Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib.

N.Əmirov qeyd edib ki, texniki çatışmazlıqlar istisna olmaqla, xarici ticarət dövriyyəsi və xarici ticarət fəaliyyətində olan bütün çatışmazlıqlar bu il ərzində aradan qaldırılacaq. Onun sözlərinə görə, ilin sonuna Azərbaycan xarici ticarət sahəsində əhəmiyyətli islahatlar edən ölkəyə çevriləcək.

"Azərbaycan Prezidentinin tapşırığı ilə gömrük sistemində əhəmiyyətli islahatlar aparılır. Hazırda gömrük orqanlarının öz təşəbbüsü ilə aparılan bu islahatlarda şəffaflıq elementləri öz əksini tapmaqdadır. Elektron gömrük bəyannamələri ən geci aprel ayından real şəkildə tətbiq oluncaq. "Yaşıl dəhliz" sistemi tətbiq ediləcək. Bütün maşınların, malların kütləvi şəkildə yoxlanması prosedurları ləğv oluncaq, beynəlxalq təcrübədə də olan seçmə qaydasında yoxlama üsulları tətbiq olunacaq. Gömrük rəsmiləşdirilməsinin sahibkarın öz obyektlərində həyata keçirilməsi sistemi təkmilləşdiriləcək. Gömrük rəsmiləşdirmələrinin daha çox regionlarda olması istiqamətində tədbirlər görüləcək. Prezidentin fərmanında göstərildiyi kimi, mayın 1-dək bunların hər birinə aid tədbirlər planı hazırlanacaq", - deyə Prezidentin köməkçisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi