"Pegasus" mart ayından etibarən Qəbələ-İstanbul mütəmadi reyslərinə başlayır

"Pegasus" mart ayından etibarən Qəbələ-İstanbul mütəmadi reyslərinə başlayır Uçuşlar martın 18-dən başlayacaq və həftədə 3 dəfə yerinə yetiriləcək
Biznes
24 Fevral , 2016 11:11
Pegasus mart ayından etibarən Qəbələ-İstanbul mütəmadi reyslərinə başlayır

Bakı.24 fevral.REPORT.AZ/ Türkiyənin aşağı büdcəli aviaşirkəti "Pegasus" mart ayından etibarən Qəbələ-İstanbul mütəmadi reyslərinə başlayır.

"Report" xəbər verir ki, uçuşlar martın 18-dən başlayacaq və həftədə 3 dəfə yerinə yetiriləcək.

Qəbələ-İstanbul (Sabiha Gökçen) reysi həftənin III,V və VI günləri həyata keçiriləcək. Bir istiqamət üzrə uçuş tarifi 49,99 avro təşkil edəcək.

İstanbuldan təyyarə saat 22:40-da havaya qalxacaq və 03:20-də Qəbələyə enəcək. Qəbələdən isə 04:20-də (yay mövsümündə 04:50) hava limanından uçacaq və 05:50 radələrində İstanbulda olacaq.

Son xəbərlər

Orphus sistemi