​Özbəkistan Azərbaycana təkər diski ixrac etməyə başlayıb

​Özbəkistan Azərbaycana təkər diski ixrac etməyə başlayıb İdxal-ixrac münasibətləri ötən il qurulub
Biznes
11 Aprel , 2015 08:47
​Özbəkistan Azərbaycana təkər diski ixrac etməyə başlayıb

Bakı. 11 aprel. REPORT.AZ/ Özbəkistan Azərbaycana təkər diskləri ixrac etməyə başlayıb.

"Report" "12news.uz"a istinadən xəbər verir ki, bu barədə yerli "UzAuto-Austem" şirkətinin maliyyə direktoru Rövşənbek Kahharov məlumat verib.

Müəssisə ötən il 181 min dollar dəyərində 20 mindən artıq təkər diski ixrac edib.

"2014-cü ildə 520 min təkər diski və 242 min şassi qovşağı istehsal etmişik. Ötən il Rusiya və Qazaxıstan kimi ənənəvi tərəfdaşlara Azərbaycan da əlavə olunub. Tezliklə ixrac coğrafiyası genişləndiriləcək", — deyə Kahharov bildirib.

Son xəbərlər

Orphus sistemi