​"Nurgün Motors"un avtosalonları bağlanıb

​"Nurgün Motors"un avtosalonları bağlanıb Bu, avtomobillərin satış salonlarında aparılan vergi yoxlamaları ilə bağlıdır
Biznes
13 Aprel , 2015 16:29
​Nurgün Motorsun avtosalonları bağlanıb

Bakı. 13 aprel. REPORT.AZ/ "Nurgün Motors" ASC-nin avtomobil satış salonları fəaliyyətini dayandırıb. "Nurgün Holdinq"dən "Report"a verilən məlumata görə, salonların bağlanması burada aparılan vergi yoxlamaları ilə əlaqədardır.

Holdinqdən bildirilib ki, avtosalonların artıq sabah fəaliyyətini bərpa edəcəyi gözlənilir.

Xatırladaq ki, "Nurgün Motors" şirkəti “Infiniti”, “Renault”, “Nissan” və “Ford” kimi avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur.

Son xəbərlər

Orphus sistemi