Neftçala Sənaye Məhəlləsinə potensial rezidentlərin marağı artır

Neftçala Sənaye Məhəlləsinə potensial rezidentlərin marağı artır Burada balıq emalı və konservləşdirilməsi zavodunun inşası mümkündür
Biznes
5 İyul , 2016 12:49
Neftçala Sənaye Məhəlləsinə potensial rezidentlərin marağı artır

Bakı. 5 iyul. REPORT.AZ/ "Neftçala Sənaye Məhəlləsinin rezidenti olmaq üçün artıq 8 şirkət müraciət edib". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

Onun sözlərinə görə, hazırda bu müraciətlərə baxılır: "Artıq burada nəzərdə tutulan işlərin həyata keçirilməsinə başlanılıb. Eyni zamanda, xarici investorlarla da bununla bağlı müzakirələr aparılır. Burada avtomobil istehsalı ilə yanaşı, balıq emalı və konservləşdirilməsi zavodunun tikilməsi müzakirə edilir. Ümid edirik ki, bu məhəlləyə geniş investor marağı olacaq. Digər marağında olan sahibkarlar da bura üzv olmaq üçün müraciət edə bilərlər".

Son xəbərlər

Orphus sistemi