Nazir müavini: "Azərbaycan qeyri-neft ixracının 22%-ni Rusiya bazarına yönəldib"

Nazir müavini: "Azərbaycan qeyri-neft ixracının 22%-ni Rusiya bazarına yönəldib" Son 10 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 4 dəfə artıb
Biznes
10 Dekabr , 2015 16:38
Nazir müavini: Azərbaycan qeyri-neft ixracının 22%-ni Rusiya bazarına yönəldib

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində İxracatçılar Klubunun II iclası keçirilib. "Report" xəbər verir ki, iclası giriş sözü ilə iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev açıb.

S.Babayev deyib ki, son 10 ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 4 dəfə artıb: "Son illərdə ölkəyə 200 mlrd. dollardan çox investisiya cəlb edib, onun da 52%-i yerli mənbələr, 48%-i isə xarici mənbələr hesabına cəlb olunub".

Nazir müavini bildirib ki, Prezidentin son iki ayda qəbul etdiyi qərarlar sahibkarlığın inkişafına əlavə təkan verir: "Bu ilin 10 ayı ərzində 17,2 mlrd. dollarlıq xarici dövriyyəmiz olub və onun 7,4 mlrd. dolları idxalın, qalanı isə ixracın payına düşür. Bu da müsbət saldonun olduğunu göstərir. Hazırda qeyri-neft ixracının 22%-i Rusiyaya yönəldilib".

Son xəbərlər

Orphus sistemi