Nazir müavini: "Müğənnilər aldığı qonorarı az göstərir"

Nazir müavini: "Müğənnilər aldığı qonorarı az göstərir" Bu ilin yanvar-aprel aylarında Bakıda 6 324 toy keçirilib
Biznes
18 May , 2016 12:46
Nazir müavini: Müğənnilər aldığı qonorarı az göstərir

Bakı. 18 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Bakı şəhərində 6 324 toy məclisi keçirilib. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov müğənnilərin onlara yazılan vergilərin reklamı ilə məşğul olduğunu deyib: "Müğənnilər getdiyi toyların sayını az, aldığı qonorarı isə 20-70 manat arasında göstərir. Bir müğənniyə kameral yoxlama zamanı 4 min manat vergi yazdıq. Aləmə car çəkdi ki, mənə 100 min vergi yazıblar".

Son xəbərlər

Orphus sistemi