Niyazi Rəhimov: "Azərbaycandakı iqtisadi proseslər qeyri-neft sektorunun inkişafının zərurətini artırıb"

Niyazi Rəhimov: "Azərbaycandakı iqtisadi proseslər qeyri-neft sektorunun inkişafının zərurətini artırıb" Mixal Şvantner: "Azərbaycanda patent sisteminin inkişafı istiqamətində islahatlar beynəlxalq standartlar əsasında aparılır"
Biznes
21 İyun , 2016 14:12
Niyazi Rəhimov: Azərbaycandakı iqtisadi proseslər qeyri-neft sektorunun inkişafının zərurətini artırıb

Bakı. 21 iyun. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə bu gün Bakıda “Universitetlər və tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda iki günlük subregional seminar işə başlayıb.

“Report”un verdiyi xəbərə görə, seminarı açan Komitənin Aparat rəhbərinin müavini Niyazi Rəhimov bildirib ki, bu il baş verən iqtisadi proseslər Azərbaycanda qeyri-neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsinə zərurəti artırıb: “Təşkil olunan bugünki seminarın əsas məqsədi məhz təhsil və elmi araşdırma mərkəzlərində əqli mülkiyyət obyektəri üzərində hüquqların düzgün müəyyən olunması, qorunması və effektiv idarə olunması mexanizmlərindən məlumatlılığın artırılmasıdır. İxtiralar, innovasiyalar, qeyri-maddi aktivlər olaraq müasir iqtisadiyyatda sənayenin, ticatətin inkişafında unikal rol oynayır. Bu müstəvidə elmi araşdırma mərkəzləri, universitet və institutların innovativ, ixtiraçılıq fəaliyyətləri sahəsində siyasətlərinin mövcud olması olduqca vacibdir. Sözügedən sahədə iqtisadi səmərəliyə yönələn axtarışların mövcud olması mütləqdir. Burada fəaliyyət göstərən elmi araşdırma müəssisələrinin strategiyası, fəaliyyət siyasətləri mövcud olmalıdır. Beynəlxalq təcrübəni öyrənib tətbiq etmək lazımdır. Bu gün gələcəkdə ixtiraçılıq, innovativ fəaliyyət, elmi araşdırma mərkəzlərinin sənaye və ticarət sahələri ilə bağlatılarının yaradılması üçün hansı addımların atılması məsələləri nəzərdən keçiriləcək”.

Daha sonra çıxış edən ÜƏMT-nin iqtisadiyyatı keçid dövründə olan ölkələr və inkişaf etmiş ölkələr şöbəsinin direktoru Mixal Şvantner qeyd edib ki, Azərbaycanda patent sisteminin inkişafı istiqamətində aparılan institusional və qanunvericilik islahatlarının, fəaliyyətin təkmilləşdirilməsi mexanizmlərinin tətbiqi beynəlxalq standartlar əsasında qurulub: “Bu islahatlar ÜƏMT tərəfindən yüksək qiymətləndirilir. Əminəm ki, qurulan əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcək, yeni layihələr həyata keçiriləcək”.

Azərbaycanda səfərdə olan Türk Patent İnstitutunun prezidenti Habip Asanın sözlərinə görə, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək tədbirlər və gələcək əməkdaşlıq münasibətləri daha da genişlənəcək.

Bu gün seminarda “Azərbaycan universitetləri və elmi-tədqiqat müəssisələrində əqli mülkiyyət sahəsində siyasətə dair”, “İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə ÜƏMT-nin potensialın gücləndirilməsi fəaliyyəti”, “Azərbaycanda əqli mülkiyyət sahəsində təlimlərin cari vəziyyəti” mövzularında məruzələr dinlənilib.

Son xəbərlər

Orphus sistemi