​Naxçıvandakı vergi ödəyicilərinin 90%-i artıq hesabatlarını verib

​Naxçıvandakı vergi ödəyicilərinin 90%-i artıq hesabatlarını verib Sadələşdirilmiş vergi bəyannamələrinin qəbulu prosesi ən zəif paytaxtda davam edir
Biznes
12 Yanvar , 2015 15:40
​Naxçıvandakı vergi ödəyicilərinin 90%-i artıq hesabatlarını verib

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın Naxçıvan Muxtar Respublikasında sadələşdirilmiş vergi ödəyicilərinin 90,2%-i, Bakı şəhərində isə 21,1%-i vergi hesabatını artıq təhvil verib. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin vergi orqanları üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi vəziyyəti ilə bağlı açıqladığı hesabatda deyilir.

Məlumata görə, Sumqayıtda yerləşən 2 saylı Ərazi Vergi Departamentində (ƏVD) qeydiyyatda olan sadələşdirilmiş vergi ödəyicilərinin 29,1%-i, Qubada yerləşən 3 saylı Ərazi Vergi İdarəsində (ƏVİ) qeydiyyatdan keçən vergi ödəyicilərinin 31,1%-i, Şamaxıda yerləşən 4 saylı ƏVİ-də qeydiyyatdan keçən vergi ödəyicilərinin 32,9%-i, Şirvanda yerləşən 5 saylı ƏVİ-də qeydiyyatda olan vergi ödəyicilərinin 70,2%-i, Lənkəranda yerləşən 6 saylı ƏVİ-də qeydiyyatda olan vergi ödəyicilərinin 55,3%-i, Beyləqanda yerləşən 8 saylı ƏVİ-də qeydiyyatda olan vergi ödəyicilərinin 55,6%-i, Göyçayda yerləşən 9 saylı ƏVİ-də qeydiyyatda olan vergi ödəyicilərinin 57,3%-i hesabat dövrünün sonuna 8 gün qalmasına baxmayaraq, vergi bəyannamələrini müvafiq vergi orqanına təqdim edib.

Həmçinin Qəbələdə yerləşən 10 saylı ƏVİ-də qeydiyyatda olan vergi ödəyicilərinin 44,2%-i, Yevlaxda yerləşən 11 saylı ƏVD-də qeydiyyatda olan vergi ödəyicilərinin 39,6%-i, Gəncədə yerləşən 12 saylı ƏVD-də qeydiyyatda olan vergi ödəyicilərinin 35,3%-i, Zaqatalada yerləşən 13 saylı ƏVİ-də qeydiyyatda olan vergi ödəyicilərinin 33,8%-i, Şəmkirdə yerləşən 14 saylı ƏVİ-də qeydiyyatda olan vergi ödəyicilərinin 35,2%-i artıq sadələşdirilmiş vergi bəyannamələrini təqdim edib.

Xatırladaq ki, sadələşdirilmiş vergi bəyannamələrinin qəbulu ildə 4 dəfə - hər rübün hesabatı növbəti rübün ilk ayının 20-dək vergi orqanlarına təqdim olunmalıdır.

Son xəbərlər

Orphus sistemi