​Naxçıvanda idxalla bağlı yeni qərar qəbul edilib

​Naxçıvanda idxalla bağlı yeni qərar qəbul edilib Əvvəldən zəruri olan uyğunluq, baytarlıq və gigiyena sertifikatları, habelə idxal karantin icazəsi artıq tələb edilməyəcək
Biznes
28 Oktyabr , 2015 15:04
​Naxçıvanda idxalla bağlı yeni qərar qəbul edilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qida məhsullarının idxalı ilə əlaqədar gömrük əməliyyatlarının asanlaşdırılması ilə bağlı qərar qəbul edib. 

"Report"un məlumatına görə, Muxtar Respublikaya idxal əməliyyatları zamanı gömrük bəyannaməsi və məhsul ilə əlaqədar sertifikatlar aradan qaldırılacaq.

Dəyişikliyə görə, əvvəldən zəruri olan uyğunluq sertifikatı, baytarlıq sertifikatı, gigiyena sertifikatı və idxal karantin icazəsi artıq tələb edilməyəcək.

Son xəbərlər

Orphus sistemi