Naxçıvanda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramı təsdiq edilib

Naxçıvanda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramı təsdiq edilib Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb
Biznes
8 Fevral , 2016 23:56
Naxçıvanda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramı təsdiq edilib

Bakı. 8 fevral. REPORT.AZ/ “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib

“Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Dövlət Proqramının əsas məqsədi muxtar respublikanın meyvə və tərəvəzə olan tələbatının yerli istehsal hesabına ödənilməsi, kənardan gətirilən sort meyvə tinglərinin, yerli şəraitə uyğun məhsuldarsortların əkilməsi, müasirstandartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin yaradılması, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması, kənd əhalisinin məşğulluğunun artırılması, sahibkarlığın stimullaşdırılması məqsədi ilə bu sahəyə dövlət dəstəyinin, daxili və xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Məqsədə nail olunması meyvəçilik və tərəvəzçilik sahəsində ixtisaslaşmış təsərrüfatların və ölkələrin təcrübəsinin öyrənilməsini, elmi nailiyyətlərin bu sahədə tətbiq edilməsini, intensiv inkişaf modelindən istifadə etməklə meyvə və tərəvəz istehsalının həcminin artırılmasını, muxtar respublikada meyvə və tərəvəz emalı sənayesinin inkişaf etdirilməsi üçün müasir standartlara cavab verən texnoloji avadanlıqların tətbiq edilməsini, meyvə və tərəvəz məhsullarının konservləşdirilməsi ilə məşğul olan təsərrüfat subyektlərinə dövlət maliyyə dəstəyinin göstərilməsini, yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik meyvə tinglərinin və tərəvəz toxumlarının yetişdirilməsini, anbarşəbəkələrinin və saxlanma kameralarının tikintisinin dəstəklənməsini, unudulmuş yerli meyvə-tərəvəz sortlarının bərpasını, yeni bazarların öyrənilməsi və istehsal olunan meyvə tərəvəzin ixracının təmin edilməsini, texniki servis xidməti, xəstəlik və ziyanvericilərə qarşı mübarizə vasitələri, eləcə də üzvi və mineral gübrələrlə təchizat sahəsində tədbirlərin genişləndirilməsini, yabanı meyvə bitkilərinin emalı sahələrinin yaradılmasını, meyvə və tərəvəz əkilən torpaqların analiz olunması və torpaqların məhsuldarlığının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini, kənd əhalisinin məşğulluğunun artırılmasını nəzərdə tutur.

Dövlət Proqramının icrası sayəsində muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının ödənilməsinin yerli istehsal hesabına təmin edilməsi və tələbatdan artıq mövsümi məhsulların ixracına nail olunması, meyvə-tərəvəz istehsalının stimullaşdırılması və bu sahəyə investisiya qoyuluşunun artımına nail olunması, kartof, soğan, sarımsaq, yerkökü və pomidor istehsalında məhsuldarlığın artırılması, meyvə istehsalı həcminin 62 min tona çatdırılması, üzüm istehsalı həcminin 20 min tona çatdırılması, bu sahədə məşğulluğun artırılmasına və kənd əhalisinin sosial rifahının yaxşılaşdırılmasına nail olunması, meyvə və tərəvəzçilik sahəsində gənc kadrların hazırlanması, meyvə və tərəvəzçiliklə bağlı infrastruktur və köməkçi sahələrin inkişafı gözlənilir.

Son xəbərlər

Orphus sistemi