Naxçıvan və İran sahibkarlarının iştirakı ilə biznes forum keçiriləcək

Naxçıvan və İran sahibkarlarının iştirakı ilə biznes forum keçiriləcək Forumda İran tərəfdən 40-a qədər biznesmen iştirak edəcək
Biznes
22 İyun , 2016 11:39
Naxçıvan və İran sahibkarlarının iştirakı ilə biznes forum keçiriləcək

Bakı. 22 iyun. REPORT.AZ/ İyulun 11-12-də Naxçıvan Muxtar Respublikasında Naxçıvan və İran sahibkarlarının biznes forumu keçiriləcək.

Bu barədə "Report"a İranın Naxçıvandakı baş konsulu Mansur Ayrom məlumat verib.

Onun sözlərinə görə, forumda İran tərəfdən Qərbi Azərbaycan və Şərqi Azərbaycan əyalətlərindən olan və müxtəlif sahələri təmsil edən 40-a qədər biznesmen iştirak edəcək.

Baş konsul, həmçinin biznes forumda İranın rəsmi şəxslərinin iştirakını istisna etməyib.

Son xəbərlər

Orphus sistemi