​Mr. Bee daha bir supermarketlər şəbəkəsində məhsullarını satışa çıxardı

​Mr. Bee daha bir supermarketlər şəbəkəsində məhsullarını satışa çıxardı Bakı. 8 iyul. REPORT.AZ/ İyulun 1-dən Mr. Bee balları Fresco supermarketlər şəbəkəsində müştərilərə təqdim edilməyə başladı."Baku Business Fac...
Biznes
8 İyul , 2016 17:07
​Mr. Bee daha bir supermarketlər şəbəkəsində məhsullarını satışa çıxardı

Bakı. 8 iyul. REPORT.AZ/ İyulun 1-dən Mr. Bee balları Fresco supermarketlər şəbəkəsində müştərilərə təqdim edilməyə başladı.

"Baku Business Factory”nin biznes inkubasiya mərkəzinin xidmətlərindən istifadə edən “Kercom” MMC-nin məhsulları bir müddət əvvəl Bravo supermarketlər şəbəkəsində də satışa çıxarılmışdı. Şirkətdən "Report"a verilən məlumata görə, yaxın vaxtlarda Mr.Bee məhsullarını digər tanınmış supermarketlər şəbəkələrindən almaq mümkün olacaq.

Supermarketlərlə yanaşı şirkətin bal və arıçılıq məhsullarını www.mrbee.az saytından sifarış etmək mümkündür. Ödəniş nağd və qeyri-nağd şəkildə həyata keçirilə bilər.

Qeyd edək ki, “Mr. Bee” brendi “Kercom” şirkətinə məxsusdur. “Kercom” şirkəti Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda fəaliyyət göstərir. Hazırda şirkət kənd təsərrüfatı sahəsində Mr. Bee brendi altında arıçılıq layihəsini inkişaf etdirir.

Mr. Bee 2016-cı ilin mart ayından etibarən “Baku Business Factory”nin biznes inkubasiya mərkəzinin xidmətlərindən istifadə edir.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-nin rəsmi saytına daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi