Bakı. 11 avqust. REPORT.AZ/ Avqustun 25-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə İtaliyanın Milan şəhərində keçirilən “Milan Expo-2015” beynəlxalq sərgisi çərçivəsində ölkə təqdimatı keçiriləcək.
Azpromo-dan “Report”a verilən məlumata görə, tədbirdə xarici iş adamları ilə yanaşı, Azərbaycan biznesmenlərinin də iştirakı planlaşdırılır.