Meksika ticarət və turizm sahəsində Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır

Meksika ticarət və turizm sahəsində Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır "ProMexico"nun İstanbul nümayəndəliyinin rəhbəri Xorxe Alberto Kruz Abaskal Azərbaycana səfər edib
Biznes
10 Noyabr , 2015 15:41
Meksika ticarət və turizm sahəsində Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır

Bakı. 10 noyabr. REPORT.AZ/ "ProMexico"nun İstanbul nümayəndəliyinin rəhbəri Xorxe Alberto Kruz Abaskal Azərbaycana səfər edib. Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən xəbərə görə, səfər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) dəvəti ilə baş tutub.

Səfərin məqsədi iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi olub.

4-6 noyabr tarixlərində baş tutan səfər çərçivəsində Meksika və Azərbaycan arasında ticarət və turizm sahələrində olan əlaqələrin genişlənməsi imkanlarının müzakirə olunması məqsədilə bir sıra görüşlər keçirilib.

Səfirliyin məlumatına görə, qurumlar – "ProMexiko" və "AzPromo" arasında əlaqə birgə maraq üzərində qurulub və təmsil etdikləri ölkə xalqarının rifahına xidmət edir. Hər iki təşkilat Meksika ilə Azərbaycan arasında ümumi ticarət həcminin 2014-cü ildə təxminən 2 milyon ABŞ dolları təşkil etməsinə baxmayaraq, onun artırılması üçün böyük potensialın olduğunu qeyd edib və Azərbaycanda Meksika səfirliyinin açılması ilə ticarət mübadiləsinin artacağına dair əminliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi