MDB ölkələrinin qlobal biznes forumu fevralda Dubayda keçiriləcək

MDB ölkələrinin qlobal biznes forumu fevralda Dubayda keçiriləcək Dubay Ticarət-Sənaye Palatasının rəhbəri MDB ölkələrinin səfirləri ilə foruma hazırlığı müzakirə edib
Biznes
25 Yanvar , 2016 11:13
MDB ölkələrinin qlobal biznes forumu fevralda Dubayda keçiriləcək

Bakı. 25 yanvar. REPORT.AZ/ Dubay Ticarət-Sənaye Palatasının prezidenti və baş icraçı direktoru Hamad Buamim Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirləri və missiya rəhbərləri ilə görüş keçirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, görüşün məqsədi MDB ölkələrinin qlobal biznes forumu hazırlığın müzakirə edilməsi olub.

"MDB: qədim marşrutlar - yeni imkanlar" adlı iki günlük tədbir fevralın 17-18-də keçiriləcək.

Forumda dövlət və hökumət başçıları, nazirlər və yüksək vəzifəli rəsmilər, eləcə də dünyanın aparıcı şirkətlərinin baş icraçı direktorları, özəl bankların, azad fondların, özəl sərmayə fondlarının rəhbərləri, o cümlədən dünya biznes liderləri iştirak edəcək.

Görüş zamanı palata rəhbəri diplomatlara forumun məqsədinin MDB ölkələri ilə əməkdaşlıq üçün potensial investisiya sahələrinin müəyyən edilməsi olduğunu xatırladıb.

Son xəbərlər

Orphus sistemi