Mart ayında Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

Mart ayında Azərbaycan-Pakistan biznes forumu keçiriləcək Forum Pakistan prezidentinin Azərbaycana səfəri çərçivəsində keçiriləcək
Biznes
18 Fevral , 2015 12:40
Mart ayında Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

Bakı. 18 fevral. REPORT.AZ/ Mart ayında Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək. Bu barədə "Report"a Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser bildirib. 

Onun sözlərinə görə, forum Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana səfəri çərçivəsində keçiriləcək. Səfir qeyd edib ki, səfər martın ikinci həftəsinə planlaşdırılıb. 

X.Qayser vurğulayıb ki, qarşıdakı forumda Pakistanın bir sıra şirkətləri iştirak edəcək. Tədbir iki ölkə arasında ticarət əlaqələrinin möhkəmlənməsinə yönəlib.

Son xəbərlər

Orphus sistemi