Malena Mard: "Azərbaycanda qadın sahibkarların sayı artırılmalıdır"

Malena Mard: "Azərbaycanda qadın sahibkarların sayı artırılmalıdır" "Kənd icmalarında təşviq işləri aparılmalıdır"
Biznes
11 May , 2016 09:38
Malena Mard: Azərbaycanda qadın sahibkarların sayı artırılmalıdır

Bakı. 11 may. REPORT.AZ/ "Hazırda Azərbaycanda sahibkar qadınların nisbi sayı 18%-ə bərabərdir. Düşünürəm ki, bu rəqəmi daha da yüksəltmək lazımdır". "Report" xəbər verir ki, bunu Bakıda "Gender Bərabərliyi və Qadın Hüquqlarının Təşviqində vətəndaş cəmiyyətinin rolunun Gücləndirilməsi" mövzusunda keçirilən konfransda çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M. Mardın sözlərinə görə, kənd icmalarında təşviq işləri aparılmalıdır:
"Dünən İsveçdə yaşayan nənəmlə danışdım. Onun 100 yaşı var. Ona bugünkü tədbir və layihə haqqında danışanda o bildirdi ki, bütün qadınlara de ki, ailələrinin arxasında möhkəm dayansınlar. Əgər belə etsələr digər işlər yaxşı olacaq"

Son xəbərlər

Orphus sistemi