Macarıstanda Azərbaycandakı biznes və investisiya mühitinə dair biznes borum keçirilib

Macarıstanda Azərbaycandakı biznes və investisiya mühitinə dair biznes borum keçirilib Forumu Ticarət və Sənaye Palatası, biznes və maliyyə sahələri üzrə fəaliyyət göstərən DBH Group təşkil edib
Biznes
17 Mart , 2015 20:37
Macarıstanda Azərbaycandakı biznes və investisiya mühitinə dair biznes borum keçirilib

Bakı. 17 mart. REPORT.AZ/ Macarıstanın Debretsen şəhərində Hajdu-Bihar əyalətinin Ticarət və Sənaye Palatasının, habelə biznes və maliyyə sahələri üzrə fəaliyyət göstərən DBH Group-un təşkilatçılığı, macar şirkətlərinin və iş adamlarının iştirakı ilə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühitinə dair biznes forum keçirilib.

Səfirlikdən “Report”a verilən məlumata görə, forumda çıxış edən Azərbaycanın Macarıstandakı səfiri V.Quliyev iki ölkə arasındakı sıx siyasi əməkdaşlığın fonunda ildən ilə inkişaf edən iqtisadi və ticarət əlaqələrindən bəhs edib. Ötən ilin noyabrında Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı yeni iqtisadi sazişlərin imzalandığını xatırladan səfir son illərdə iki ölkə arasında səhiyyə, turizm, mədəniyyət, gənclər və idman sahəsində əlaqələrin daha da genişləndirildiyini bildirib və macar iş adamlarını birgə layihələrin həyata keçirilməsində yaxından iştiraka səsləyib.

Forumda DBH Group-un Azərbaycan nümayəndəliyinin rəhbəri Şandor Erdei, Hajdu-Bihar əyaləti Ticarət və Sənaye Palatasının prezidenti Ferenc Miklossy, DBH Group-un layihələrin idarə edilməsi üzrə direktoru Zsolt Kereszturi çıxış ediblər. Tədbirə qatılan macar iş adamları son illər ölkəmizdə sürətlə inkişaf edən iqtisadiyyat və yaradılmış əlverişli biznes mühiti ilə əlaqədar Azərbaycan şirkətləri ilə əlaqələri daha da genişləndirməklə bağlı planlarından söz açıblar.

V.Quliyev Debretsen meri Laslo Papp və Debretsen Universitetinin rektoru professor Zoltan Silvassi ilə də görüşüb. Görüşlər zamanı müxtəlif sahələr, o cümlədən elmi və tələbə mübadiləsi sahəsində əməkdaşlıq müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi