​London dünyanın əsas maliyyə mərkəzi olub

​London dünyanın əsas maliyyə mərkəzi olub Dünyanın 84 maliyyə paytaxtı siyahısında Bakının adı yoxdur
Biznes
23 Sentyabr , 2015 22:46
​London dünyanın əsas maliyyə mərkəzi olub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Dünyanın maliyyə paytaxtları siyahısında dəyişiklik olub - London maliyyə zirvəsində Nyu-Yorku ötüb.

"Report" xəbər verir ki, bu barədə "Z/Yen Group" konsaltinq şirkətinin tərtib etdiyi "Global Financial Centres Index" reytinqinin nəticələri göstərir.

Həmçinin dünyanın iri maliyyə mərkəzləri beşliyinə ənənəvi olaraq Honkonq, Sinqapur və Tokio daxil olub.

Dünyanın maliyyə mərkəzləri indeksi insan kapitalı, infrastruktur və maliyyə sektorunun inkişafı, biznes mühiti və reputasiya kimi göstəricilərdən çıxış edərək hesablanır.

Postsovet ölkələri arasında indeksdə ən yüksəkdə Almatı (51) qərarlaşıb. Reytinqin 78-ci pilləsində Moskva mövqe tutub. Bakının adı isə ümumiyyətlə siyahıda yoxdur.

Son xəbərlər

Orphus sistemi