Lənkəranda sahibkarlar üçün treninq keçirilib

Lənkəranda sahibkarlar üçün treninq keçirilib Treninqi Bakı Biznes Tədris Mərkəzi təşkil edib
Biznes
10 Fevral , 2016 20:45
Lənkəranda sahibkarlar üçün treninq keçirilib

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlar üçün treninq keçirilib. 

“Report” İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir ki, treninqdə “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzuları üzrə təqdimatlar olub.

İştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracın stimullaşdırılması tədbirləri, ixracyönümlü məhsulların istehsalı, biznes planların tərtib edilməsi, biznesin növləri və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbirdə nazirlik tərəfindən göstərilən elektron xidmətlər iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda iştirakçılara Tədris Mərkəzinin hazırladığı metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi