​Latviya iş adamları Bakıya gələcək

​Latviya iş adamları Bakıya gələcək Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək
Biznes
20 Noyabr , 2015 10:26
​Latviya iş adamları Bakıya gələcək

Bakı. 20 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin (LİİA) birgə təşkilatçılığı ilə noybarın 25-də Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək.

Azpromo-dan "Report"a daxil olan xəbərə görə, tədbirə İKT, qida məhsullarının istehsalı, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, layihələndirmə və arxitektura, orqanik gübrə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın Latviya şirkətinin qatılacağı gözlənilir.

Tədbirdə iştirakda maraqlı olan Azərbaycan iş adamları Azpromo-ya müraciət edə bilər.

Son xəbərlər

Orphus sistemi