​Kənd Təsərrüfatı Nazirliyi tenderin qaliblərini müəyyənləşdirib

​Kənd Təsərrüfatı Nazirliyi tenderin qaliblərini müəyyənləşdirib Tender mebel və laboratoriya avadanlığının alınması üçün keçirilib
Biznes
16 Avqust , 2016 15:44
​Kənd Təsərrüfatı Nazirliyi tenderin qaliblərini müəyyənləşdirib

Bakı. 16 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin mebel və avadanlığının alınması ilə əlaqədar elan etdiyi tenderin qalibləri müəyyənləşib.

“Report” xəbər verir ki, nazirlik tərəfindən bu il üçün tələb olunan mebel və avadanlığın alınması ilə əlaqədar iyunun 22-də keçirilən açıq tender prosedurunda mebel avadanlığının satın alınması (lot-2) üzrə qalib “Avşaroğlu Ltd.” MMC, laboratoriya avadanlığının alınması (lot-3) üzrə isə “Medeks” MMC qalib elan olunub.

Həmin şirkətlərlə müvafiq satınalma müqavilələri bağlanılıb.

Son xəbərlər

Orphus sistemi