Bakı. 14 may. REPORT. AZ/ İndoneziya Azərbaycanla əməkdaşlıqda və sərmayə qoyuluşunda maraqlıdır. "Report" xəbər verir ki, bu barədə İndoneziyanın sənaye naziri Saleh Qusin Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevlə Jakartada keçirilən görüşdə bildirib.
Sənaye naziri Azərbaycan iqtisadiyyatının artımını qeyd edərək bildirib ki, İndoneziya öz mallarının bu ölkədə satılmasında, eləcə də infrastruktur sərmayələrin yatırılmasında maraqlıdır.
S.Qusin, həmçinin qeyd edib ki, Azərbaycan ümumilikdə Qafqaz regionu ölkələrinə İndoneziya mallarının ixracı üçün "qapı" ola bilər.