İsveçin Azərbaycandakı səfiri qadın sahibkarlara sertifikat təqdim edib

İsveçin Azərbaycandakı səfiri qadın sahibkarlara sertifikat təqdim edib "Azərbaycanda yüksək ixtisaslı qadın sahibkarlar qrupu görməyimə şadam"
Biznes
16 Fevral , 2016 15:20
İsveçin Azərbaycandakı səfiri qadın sahibkarlara sertifikat təqdim edib

Bakı. 16 fevral. REPORT.AZ/ İsveçin Azərbaycandakı səfiri İnqrid Tersman Bakıda dördgünlük seminarın yekunları əsasında qadın sahibkarlara sertifikatlart təqdim edib.

İsveçin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, seminar Avropa Yenidənqurma və İnkişaf Bankının "Qadınlar biznesdə" proqramı çərçivəsində keçirilib.

Proqram Avropa İttifaqı və İsveç tərəfindən maliyyələşdirilib.

Səfir seminarda qeyd edib ki, Azərbaycanda yüksək ixtisaslı qadın sahibkarlar qrupu görməyinə şaddır. Xanım Tersman həm kişilərin, həm də qadınların sahibkarlıq bacarıqlarını inkişaf etdirən ölkənin ən uğurlu olacağını da əlavə edib.

Son xəbərlər

Orphus sistemi