İranlı sahibkarlar Naxçıvanın istehsal etdiyi məhsullarla tanış olublar

İranlı sahibkarlar Naxçıvanın istehsal etdiyi məhsullarla tanış olublar Baş konsul: "Təbriz sahibkarlarının Naxçıvana səfəri nəticəsində ikitərəfli ticari və iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir"
Biznes
25 Fevral , 2016 20:38
İranlı sahibkarlar Naxçıvanın istehsal etdiyi məhsullarla tanış olublar

Bakı. 25 fevral. REPORT.AZ/ İranın Şərqi Azərbaycan vilayətindən olan iqtisadi və istehsal sahələrində fəailiyyət göstərən 25 sahibkardan ibarət nümayəndə Naxçıvana səfər edib.

İranın Naxçıvandakı baş konsulluğundan "Report"a verilən məlumata görə, nümayəndə heyəti Naxçıvan Biznes Mərkəzində sərgilənən Naxçıvan məhsulları ilə yaxından tanış olublar.

Daha sonra iranlı sahibkarlar baş konsulluğu ziyarət ediblər. Görüşdə baş konsul Mansour Airom Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbovun Təbrizə səfərini və vilayətin valisi ilə görüşünü xatırladıb və bildirib ki, bu görüş zamanı ikitərəfli əməkdaşlığa dair razılığa gəlinib və onlardan bəziləri artıq icra olunur.

Baş konsul bildirib ki, Təbriz sahibkarlarının Naxçıvana səfəri nəticəsində ikitərəfli ticari və iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi