İranın və Naxçıvanın gömrük rəhbərlərinin 3-cü görüşü Ürmiyədə keçiriləcək

İranın və Naxçıvanın gömrük rəhbərlərinin 3-cü görüşü Ürmiyədə keçiriləcək ​İranın gömrük xidməti rəhbərlərindən ibarət heyət Naxçıvana səfər edib
Biznes
12 Avqust , 2016 18:56

Bakı. 12 avqust. REPORT.AZ/ İranın şimal-qərb vilayətlərinin gömrük xidməti rəislərindən ibarət nümayəndə heyəti Naxçıvana səfər edib.

İranın Naxçıvandakı baş konsulluğundan “Report”a verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti əvvəlcə İranın baş konsulu Mansour Airomla görüşərək, gömrük əlaqələrinin inkişafı və gömrük işlərinin sadələşdirilməsi sahəsində müzakirələr aparıb. 

Baş konsul keçən il Təbrizdə təşkil olunan gömrükçülərin birinci iclasının bu görüşlərin başlanğıcı olduğunu və əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını diqqətə çatdırıb.

Sonra nümayəndə heyəti Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov və komitənin digər məsul şəxsləri ilə görüşüb. A.Məmmədov gömrük xidmətlərinin ikitərəfli iqtisadi əməkdaşlığının inkişafındakı rolunun əhəmiyyətini diqqətə çatdıraraq, gömrük rəislərinin ayda bir dəfə görüşünün təşkil olunmasını təklif edib.

Şərqi Azərbaycan vilayətinin gömrük xidməti rəisi Əliəsgər Abbaszadə gömrük əməkdaşlığının ikitərəfli qaydada inkişaf etdirilməsinin və gömrük işlərinin sadələşdirilməsinin vacibliyini bildirib.

Görüşdə həmçinin digər texniki məsələlər ətrafında müzakirələr aparılıb. Bu mənada M.Airom təklif edib ki, İranın şimal-qərb vilayətlərinin gömrük rəsmiləri ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin rəsmi şəxslərinin görüşləri 6 aydan bir təşkil olunsun. Bu təklifə əsasən, 3-cü müştərək görüşün Urmiya şəhərində keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi