​İran Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

​İran Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzvləri Tehranda səfərdədir
Biznes
4 Avqust , 2015 11:55
​İran Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzvləri Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüblər. "Report"un İranın ISNA agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanla İran arasında müxtəlif sahələrdəki münasibətlər və əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Məlumata görə, İran qazının gələcəkdə Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Avropa bazarına çıxarılması məsələsi də əsas müzakirə mövzularından olub.

Xatırladaq ki, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzvləri avqustun 3-4-də İranda səfərdədir, Komissiyanın Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir.

Son xəbərlər

Orphus sistemi