​İqtisadiyyat və Sənaye Nazirliyində Avropa İttifaqının komissarı ilə görüş keçirilib

​İqtisadiyyat və Sənaye Nazirliyində Avropa İttifaqının komissarı ilə görüş keçirilib Azərbaycan ilə Aİ arasında hüquqi bazanın yeniləşdirilməsi istiqamətində işlər davam edir
Biznes
10 Sentyabr , 2014 12:18
​İqtisadiyyat və Sənaye Nazirliyində Avropa İttifaqının komissarı ilə görüş keçirilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb. Bu barədə “Report”a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, görüşdə Ş.Mustafayev Azərbaycan ilə Aİ arasında hüquqi bazanın yenilənməsi istiqamətində işlərin davam etdirildiyini, bu ilin sentyabrın 1-dən etibarən tərəflər arasında vizaların sadələşdirilməsi və readmissiya sazişlərinin qüvvəyə mindiyini deyib.

Xatırladaq ki, Ş.Füle Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin IV qeyri-rəsmi dialoq görüşündə iştirak etmək məqsədilə Bakıda səfərdədir.

Son xəbərlər

Orphus sistemi