İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşlarla görüşəcək

İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşlarla görüşəcək Nazir Siyəzən, Xızı və Şabrandan olan vətəndaşları qəbul edəcək
Biznes
17 Fevral , 2015 17:09
İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşlarla görüşəcək

Bakı. 17 fevral. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev fevralın 20-də Şabranda vətəndaşları qəbul edəcək.

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Şabran şəhəri, H.Əliyev prospekti, 60 A) keçiriləcək. Görüşdə Siyəzən, Xızı və Şabran rayonlarının sakinləri iştirak edə bilər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs - Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilər.

Son xəbərlər

Orphus sistemi