​İqtisadiyyat Nazirliyində Türkiyə-Azərbaycan Biznes Şurasının sədri ilə görüş keçirilib

​İqtisadiyyat Nazirliyində Türkiyə-Azərbaycan Biznes Şurasının sədri ilə görüş keçirilib Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb
Biznes
27 Yanvar , 2016 18:43
​İqtisadiyyat Nazirliyində Türkiyə-Azərbaycan Biznes Şurasının sədri ilə görüş keçirilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda Bakıda keçirilən konfransda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akatı qəbul edib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın, xüsusilə iş adamları arasında əlaqələrin genişləndirilməsi, eləcə də 2016-cı ildə Türkiyədə keçiriləcək müxtəlif tədbirlərdə Azərbaycan iş adamlarının iştirakı və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun da iştirak edib.

Son xəbərlər

Orphus sistemi