İqtisadiyyat Nazirliyi keçirdiyi tenderin müddətini uzadıb

İqtisadiyyat Nazirliyi keçirdiyi tenderin müddətini uzadıb İddiaçıların noyabrın 8-dək vaxtı var
Biznes
11 Oktyabr , 2016 09:19
İqtisadiyyat Nazirliyi keçirdiyi tenderin müddətini uzadıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin 94,13 hektarlıq ərazisində xarici elektrik təchizatı sisteminin çəkilişi işlərinin satın alınması məqsədi ilə elan etdiyi açıq tenderin müddətini uzadıb. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

İddiaçılar tender təklifini və bank zəmanətini noyabrın 8-nə qədər, digər sənədləri isə oktyabrın 28-nə qədər şirkətin Bakı şəhəri, Xocalı prospekti,37 ("Demirchi Tower") ünvanında yerləşən ofisinə təqdim etməlidirlər.

Tender təkliflərinə noyabrın 10-da saat 17:00-da adı çəkilən ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi