İqtisadiyyat Nazirliyi gənclər və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirib

İqtisadiyyat Nazirliyi gənclər və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirib Təlimlər Lənkəran və Ağsuda keçirilib
Biznes
7 Aprel , 2016 19:45
İqtisadiyyat Nazirliyi gənclər və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirib

Bakı. 7 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin aprelin 6-da Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda gənclər üçün, aprelin 7-də isə Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Ağsuda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, müvafiq rayon icra hakimiyyətlərinin dəstəyi ilə “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzularını əhatə edən treninqlərdə biznes ideyanın yaradılması, biznes planın tərtib olunması, sığortanın əhəmiyyəti və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirlərdə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi