​İqtisadiyyat Nazirliyində Apellyasiya Şurasının iclası keçirilib

​İqtisadiyyat Nazirliyində Apellyasiya Şurasının iclası keçirilib İclasda Şurada baxılması nəzərdə tutulan şikayətlərin əhatə dairəsinin müəyyənləşdirilməsi meyarları qəbul olunub
Biznes
12 Mart , 2016 12:28
​İqtisadiyyat Nazirliyində Apellyasiya Şurasının iclası keçirilib

Bakı. 12 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyində yaradılan Apellyasiya Şurasının növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, iclasda Apellyasiya Şurasının fəaliyyəti ilə bağlı təşkilati məsələlər, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsində verilən tapşırıq və tövsiyələrin icrası ilə bağlı görüləcək işlər müzakirə edilib.

Eyni zamanda, iclasda nazirliyin fəaliyyət istiqamətləri üzrə Apellyasiya Şurasında baxılması nəzərdə tutulan şikayətlərin əhatə dairəsinin müəyyənləşdirilməsi meyarları qəbul olunub.

Son xəbərlər

Orphus sistemi